Koronavirusun dərmanı tapıldı?

18 Mart, 2020 14:11 | Sosial | Baxış sayı: 149
Koronavirus
Koronavirus

Yeni preparat müalicə müddətini 11 gündən 4 günə endirir

Koronavirusun dünyaya yayıldığı Çin dünyaya ümid oldu. Kliniki sınaqlar virusun dərmanını tapmağa qismən kömək edib. 

Çin Milli Biotexnologiya İnkişaf Mərkəzinin başçısı dərmanın müalicə müddətini 11 gündən 4 günə endirdiyini açıqlayıb.

Virusun mənbəyi olan Uhanda aparılan araşdırmalar dərmanın qızdırma dönəmini də 4,2 gündən 2,5 günə azaltdığını ortaya çıxarıb. Bununla yanaşı onun önəmli yan təsirləri də müşahidə olunmayıb. 

Bununla yanaşı onun sınaqları hələ davam etdiriləcək. 

Xatırladaq ki, dünyada koronavirus daşıyıcılarının sayı 200 099 nəfərə çatıb. Ölü sayı isə 8 min civarındadır.  Sağalanların sayı isə 82 813 nəfərdir.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.