İranda koronavirusa yoluxan 103 yaşlı qadın sağaldı

18 Mart, 2020 18:57 | Sosial | Baxış sayı: 44

Bir həftə müalicə aldıqdan sonra tam sağalıb

İranın Semnan əyalətində koronavirusa yoluxmuş 103 yaşlı qadın sağalıb.

İstiPress yerli KİV-ə istinadən bildirir ki, bu barədə Semnan əyaləti Tibb Universitetinin rektoru Nəvid Danayi açıqlama verib.

Bildirilib ki, əyalətdə 103 yaşlı bir qadın koronavirusdan xəstəxanaya yerləşdirilib və qadın bir həftə müalicə aldıqdan sonra tam sağalıb.

Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 17 361, bu xəstəlikdən ölənlərin sayı isə 1135 nəfərdir. İndiyə qədər İranda koronavirusdan 5 710 nəfərin sağaldığı bildirilir.