Heydər Əliyev Fondu Azərbaycana koronavirusla bağlı tibbi ləvazimat gətirdi

18 Mart, 2020 15:25 | Sosial | Baxış sayı: 144

Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın işinə dəstək verdi

Koronavirus xəstəliyinin ölkə ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın işinə dəstək olaraq Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdən tibbi ləvazimatlar gətirilib.

IstiPress-in məlumatına görə, xüsusi tibbi maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr müvafiq tibb müəssisələrinə verilib.