Azərbaycanda virusa görə məscidlər bağlandı

18 Mart, 2020 08:10 | Sosial | Baxış sayı: 80
Təzəpir_məscidi
Təzəpir_məscidi

Ziyarətgahlara da giriş-çıxışa məhdudlaşdırılıb

Azərbaycanda koronavirus infeksiyasının törədə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa məhdudiyyətlər tətbiq edilib. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrlə birlikdə keçirilən iclasında qərar qəbul edilib.

Qeyd olunub ki, hazırda bütün dünyada sürətlə yayılmaqda olan koronavirusun bilavasitə təmaslar vasitəsilə yoluxaraq insan həyatına ciddi təhlükə yaratmasını, Azərbaycan ərazisində bütün kütləvi tədbirlərin qadağan olunmasını nəzərə alaraq, onun qarşısını almaq məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa və burada ibadətlərin icra olunmasına qadağa qoyulub.

Dindarlardan bu qərara əməl etmələri xahiş olunub.