Sədərəkdə 22 mağaza tam yanıb, 60 mağazaya ziyan dəyib

18 Fevral, 2020 12:03 | Sosial | Baxış sayı: 168

Bəzi mağazalara 100 min manat zərər dəyib

Bu gün “Sədərək” ticarət mərkəzində baş verən yanğın zamanı 22 mağaza tam yanıb, 60 mağazaya ziyan dəyib. 

İstiPress-in məlumatına görə, hadisə zamanı zərər görən mağazalarının  sığortaları yoxdur. 

Bəzi mağazalara 100 min manat zərər dəyib. Məsələn, içində 300-400 top parça olan mağaza yanıb. Parçaların bir topu 150-200 manatdır, yəni ən azı dəyən zərər 100 min manatdır.

Yanğın ilk olaraq dəri satılan mağazadan başlayıb, sonra parça satılan mağazaya keçib,  900-1000 kvadratmetr ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğın söndürülüb.