Bakıda qadın evdə yanaraq öldü

18 Fevral, 2020 13:09 | Sosial | Baxış sayı: 62
Yanğın
Yanğın

Dəmir köşkün içərisində ev əşyaları ilə birlikdə yanıb

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub. 

İstiPress-in məlumatına görə, ümumi sahəsi 15 m² olan dəmir köşkün içərisində ev əşyaları, bitişik, ümumi sahəsi 10 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərəsi yanıb. 

Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1968-ci il təvəllüdlü Cəfərova Dilarə Nəbi qızının meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.