Bakıda bankirin oğlu antibiotikdən vəfat edib

18 Fevral, 2020 16:18 | Sosial | Baxış sayı: 267

Evdə uşağa təcili yardım gəlmədən antibiotik vurulub

Natiq Quliyevin oğlu antibiotikdən ölübmüş. 

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, Təcili Tibbi Yardıma çağırış dünən axşam saatlarında gəlib:  

“Evdə uşağa təcili yardım gəlmədən antibiotik vurulub. Bu zaman uşaq anafilaktik şok keçirib. Yeniyetmənin 15 yaşı var”.

Qeyd edək ki, vəfat edən yeniyetmə “Bank Respublika”nın sahibi Natiq Quliyevin oğludur. N. Quliyev 2016-2017-ci illərdə Bank Respublikanın Müşahidə Şurasının sədri olub. 2017-ci ildən bankın Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır.

15:48

“Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin 15 yaşlı oğlunun ölümü ilə bağlı cinayət işi başlanılıb.

İstiPress-in məlumatına görə, fevralın 17-də, paytaxtın Nərimanov rayonu, M.Araz küçəsi, ev 2 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Quliyev Emil Natiq oğlunun yaşadığı evdə vəfat etməsi faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.