Taksim məscidinin təməli qoyuldu (FOTO)

18 Fevral, 2017 12:52 | Sosial | Baxış sayı: 42
Taksim məscidi
Taksim məscidi

İbadət ocağının sahəsi 820 kvadrat metrdir

Türkiyənin ən məşhur meydanında - Taksimdə tikiləcək məscidin təməli atılıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, təməl İstanbul Büyük şəhər bələdiyyə başçısı Kadir Topbaş və Bəyoğlu bələdiyyəsinin başçısı Ahmet Misbah Demircanın iştirakı ilə keçirilən mərasimdə qoyulub.

Mərasim "Quran-i Kərim"dən ayələrin oxunuşu ilə başlayıb. Məscid Taksimdəki Santa Mariya kilsəsinin yanında tikiləcək. Hər iki məbəd adıçəkilən meydana baxacaq. Turistlər bir tərəfdən minarə, digər tərəfdən isə kilsəni görəcəklər.  

Binanın hündürülüyü 20, qübbəsinin 9,5, tam orta nöqtəsi isə yerdən 30 metr hündürlükədir. Sahəsi 820 kvadrat metr olacaq məscidin memarı isə Prezident külliyəsinin dizayneridir. 

Məscidin layihəsi
Məscidin layihəsi