Koronavirusa yoluxma 2 mini keçdi

17 Noyabr, 2020 16:19 | Sosial | Baxış sayı: 53

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2075  yeni yoluxma faktı qeydə alınıb, 1139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İstiPress-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 20 nəfər COVID-19-dan vəfat edib.