Nazirlikdən həftəlik hava xəbərdarlığı

17 Noyabr, 2019 14:40 | Sosial | Baxış sayı: 1221
Bakı payızda
Bakı payızda

Havanın temperaturu 1 dərəcəyə qədər düşəcək

Həftə ərzində Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

İstiPress-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-15° isti təşkil edəcək.

Noyabrın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 11-13° isti təşkil edəcək.

Noyabrın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti təşkil edəcək.

Noyabrın 21-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti təşkil edəcək.

Noyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-7° isti təşkil edəcək.

Noyabrın 23-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti təşkil edəcək.

Noyabrın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-10° isti təşkil edəcək.