Aqşin Yeniseyin son durumu - XƏSTƏXANADAN

17 Noyabr, 2019 11:46 | Sosial | Baxış sayı: 182
Aqşin Yenisey
Aqşin Yenisey

Dünən mədə qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Tanınmış şair Aqşin Yeniseyin səhhətindən xəbər var.

İstiPress-in məlumatına görə, şairin  vəziyyəti normallaşıb. Bu barədə özü sosial şəbəkədə yazıb:

“Endoskopiya müayinədən üzüağ çıxdıq, dostları narahat etdiyim üçün üzr istəyirəm! Yaşamağa davam!”.

Xatırladaq ki, Aqşin Yenisey dünən mədə qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.