Sürücülər iki cərimədən xilas oldu

17 Noyabr, 2017 13:54 | Sosial | Baxış sayı: 579
Yol Polisi
Yol Polisi

Artıq sükan arxasında danışanlar və icazəsiz təmir edənlər cərimələnməyəcək

Milli Məclis sürücülərlə bağlı iki cəza növünü ləğv edib. Azərbaycanda sürücülərin diqqəti yayındıra biləcək söhbətdə iştirak etdiyinə görə cəzalandırılmasını nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılıb.

Parlamentin bu günki iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi müzakirə edilib. 

Məcəllənin 342.1.2 maddəsinə əsaəsn nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir. Təcrübədə bu maddə tətbiq olunmadığından qanunvericilikdən çıxarılıb.

İnzibati Xətalar Məcəlləsinin 345-ci (Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması) maddəsinin 2-ci (Banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat məbləğində cərimə edilir) bəndi ləğv edilib. 

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.