Şimalda dini radikalizm ilə mübarizə tədbiri - VİDEO

17 Noyabr, 2017 18:27 | Sosial | Baxış sayı: 282
Quba rayonu
Quba rayonu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qubada "Dini radikalizmlə mübarizədə gənclərin təşkilatlandırılması" mövzusunda iki günlük tədbirə start verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, seminarda Komitənin sədr müavini Gündüz İsmayılov, şöbə müdıri Əliheydər Zülfüraqov, BDU-nun ilahiyyat üzrə baş müəllimi Aqil Şirinov, Komitənin yerli nümayəndələri, gənclər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Tədbirdə əsas məqsəd ölkənin şimalında iri rayonlardan olan Qubada gənc və yeniyetmələrin dinimizə, dövlət maraqlarımıza zidd əməllərə, yad ünsürlərə, radikal ekstremizm və dini cərəyanları təbliğ edən zərərli qüvvələrə qoşulmasının qarşısının alınması mövzusu əsas prioritet mövzu kimi qoyulub. 

Gündüz İsmayılov seminarda çıxış edir
Gündüz İsmayılov seminarda çıxış edir

"Seminar-müşavirədə şimal rayonlarının - Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının aktiv gəncləri iştirak edir",- deyə Dini Qurumlarla iş Üzrə Komitənin sədr müavini Gündüz İsmayılov jurnalistlərə  bildirib. Onun sözlərinə görə, seminarın iştirakçıları dindar yox, dünyəvi gəncləridir: "Bu gənclər Azərbaycan Prezidenti yanında Gənclər Fondunun və YAP-ın gənclər təşkilatlarının üzvləridirlər. Biz dindar gəncləri düzgün yola cəlb etmək, dini radikalizmə qarşı mübarizədə öz köməkliklərini etmək üçün rayonların aktiv gənclərin təlimatlandırılmasını da vacib bildik",- deyə Gündüz İsmayılov bildirib.

Qubada "Dini radikalizmlə mübarizədə gənclərin təşkilatlandırılması" mövzusunda iki günlük tədbir
Qubada "Dini radikalizmlə mübarizədə gənclərin təşkilatlandırılması" mövzusunda iki günlük tədbir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qubada tədbir keçirib