Dünya onu gözləyirdi - bu gün ilk dəfə ortaya çıxdı FOTOLAR

17 Noyabr, 2017 12:36 | Sosial | Baxış sayı: 1057
"Semi Truck"
"Semi Truck"

5 saniyəyə 100 km, 1 milyon km zəmanət

Elektrikli maşaınların istehsalı ilə məşğul olan "Tesla" bütün dünyanın gözlədiyi yeniliyini təqdim edib. İstiPress-in məlumatına görə, şirkətin rəhbəri Elon Musk yeni model "Tesla Roadster" və dünyanın ilk elektrikli yük maşınını üzə çıxarıb. Muskun sözlərinə görə, "Tesla Roadster" indiyə kimi hazırlanmış dünyanıən ən sürətli kütləvi istehsalıdır. 

"Tesla Roadster 2.0" 100 km sürəti 1,9 saniydə yığır. Maşın bir dəfə elektrik yükləndikdən sonra 1000 km yol gedə bilir. Dörd qapılı maşının istehaslına 2020-ci ildən strat veriləcək. Qiymət barədə isə heç bir açıqlama verilməyib. 

Elektirikli yük maşını isə "Semi Truck" adlanır və yüklü olmayanda 100 km sürəti 5 saniyədə yığır. Yüklüykən isə bu rəqəm 20 saniyəyə çatır. Bir dəfəyə 800 km yol qət edən maşının hissələrinə isə 1 milyon km  zəmanət verilir. Bu maşın dünyanaın ən sürətlisi hesab edilən "Bugatti Chiron"dan daha aerodinamikdir. 

Yük maşını 2019-cu ildə bazara çıxacaq. Elektrikli maşını almaq istəyənlər indidən 5 min dollar ilkin ödəniş etməlidirlər.