Şəfayət Mehdiyev küçəsinin açıq qalan hissəsi də bağlanır

17 Oktyabr, 2019 10:57 | Sosial | Baxış sayı: 35
Yol təmiri
Yol təmiri

Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq

Bakının ən işlək yollarından daha biri baglanır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq oktyabr ayının 17-dən 18-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi və Tbilisi prospekti arasında yerləşən hissəsində də avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla da Şəfayət Mehdiyev küçəsinə Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri, həmçinin Tbilisi prospekti istiqamətindən giriş bağlanacaq.

Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Alternativ olaraq sürücülər Hüseyn Cavid və Həsən bəy Zərdabi prospektlərinfən, Əhməd Cəmil, Akademik Zahid Xəlilov, Həsən Məcidov, General Akim Abbasov və Əbdulvahab Salamzadə küçələrindən, həmçinin sözügedən küçə və prospektlərə birləşən yollardan istifadə edə bilərlər.

"Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik".