Müəllimlərin sertifikasiyası başlayır

17 Oktyabr, 2019 14:00 | Sosial | Baxış sayı: 3001
İmtahan verən müəllimə
İmtahan verən müəllimə

Nazir sertifikasiyanın vaxtını açıqladı

2020-ci ildən Azərbaycanda müəllimlərin mərhələli şəkildə sertifikasiyası məsələsinə başlanılacaq. Təhsil naziri Ceyhun Bayramov bildirib ki, "Təhsil haqqında" qanunda məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi nəzərdə tutulub. 

"Sertifikasiya prosesinə başlanılması üçün hökumət tərəfindən sertifikasiyanın hansı prinsip və ardıcılıqla keçirilməsini, qiymətləndirilmənin aparılmasını və digər məsələləri özündə əks etdirən sənəd təsdiq edilməlidir. Yalnız bundan sonra müəllimlərin sertifikasiyası keçirilə bilər".