Məktəblərə avtobuslar veriləcək? RƏSMİ

17 Oktyabr, 2019 12:53 | Sosial | Baxış sayı: 197
Məktəb avtobusu
Məktəb avtobusu

Nazirdən dərslik etirafı

"Hesab edirik ki, bəzi dərsliklərin, xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur. Amma elə dərsliklər var ki, onlar daha az istifadə olunur". 

Bu etirafı təhsil naziri Ceyhun Bayramov edib. O, qeyd edib ki, indi sinif səviyyəsi və dərs yükü nəzərə alınmaqla müxtəlif müddət üçün istifadə müddəti olan dərsliklərin çapı barədə düşünülür. "Hesab edirəm ki, bu, dərsliklərin daha yaxşı qalmasına xidmət edəcək".

Nazir xatırladıb ki, hazırda dərsliklər üçün fərqli istifadə müddətinin tətbiqi üzərində iş aparılır. Hazırda məktəbdə dərsliklərin istifadəsi 4 il üçün nəzərdə tutulur. Şagird sayının dəyişməsi ilə bağlı əlavə nəşrlər də çap edilir. "Biz bunu çox yaxın zamanlarda aidiyyəti dövlət qurumları ilə razılaşdıracağıq".

Nazir məktəblərin nəqliyyat vasitəsi ilə təmin edilməsi məsələsinə də toxunub. O, hazırda ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsinin gündəmdə olmadığını deyib. Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri bu məsələlərin düzgün planlanması və tənzimlənməsi müzakirə edilir: