Azərbaycana gizli yolla telefon gətirmək alınmadı

17 Oktyabr, 2019 16:22 | Sosial | Baxış sayı: 32
Gömrük yoxlaması
Gömrük yoxlaması

Gömrük nəzarətindən gizlədilən telefonlar tapılıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Hyundai Sonata" və "FORD FOCUS" markalı avtomobillərlə gələn Azərbaycan Respublikası vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində aksesuarları ilə birlikdə 8 ədəd "Redmi Note 7", 1 ədəd "Redmi 7", 5 ədəd "Redmi Note 8", 2 ədəd "Mİ A3", 52 ədəd qidalandırıcı başlıq, 43 ədəd USB, 17 ədəd qulaqlıq və 48 ədəd mobil telefon üçün qutu aşkarlanıb