Qadın evin ikinci mərtəbəsindən yıxılıb öldü

17 Sentyabr, 2020 11:41 | Sosial | Baxış sayı: 33
Təcili yardım maşını
Təcili yardım maşını

Astarada bədbəxt hadisə baş verib.

İstiPress-in məlumatına görə, Astara rayonunun Suparibağ kənd sakini, 1972-ci il təvəllüdlü Əsgərova Vəfa Məmmədrahim qızı yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb. Ağır dərəcəli bədən xəsarətləri alan qadın hadisə yerində dünyasını dəyişib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.