Şəkidə Xan çinarın altında qalanlardan son xəbər

17 İyul, 2019 11:12 | Sosial | Baxış sayı: 83
Xan Sarayı
Xan Sarayı

Elxan Məmmədovun vəziyyəti orta-ağır sabit qiymətləndirilir

Səhiyyə Nazirliyi iyulun 14-də Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumunu açıqlayıb.

Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır sabit qiymətləndirilir.

"Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb, vəziyyəti isə orta-ağır sabitdir", - nazirlikdən bildirilib.