Çaydan naməlum meyit çıxarıldı

17 İyun, 2019 12:57 | Sosial | Baxış sayı: 59
Meyit
Meyit

Hadisə yerinə müvafiq xilasetmə qüvvələri cəlb olundu

Lənkəran rayonunda çaydan meyit tapılıb.

İstiPress-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərinin Sütəmurdov kəndində 1 nəfərin meyitinin (şəxsiyyəti dəqiqləşdirilir) Lənkəran çayından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.