Azyaşlı şəhərə qonaq getdi - hovuzda boğuldu

17 İyun, 2019 13:56 | Sosial | Baxış sayı: 78
Suda boğulmaq
Suda boğulmaq

6 yaşı vardı

Mingəçevirdə 6 yaşlı uşaq hovuza düşərək ölüb.

İstiPress-in məlumatına görə, hadisə şəhərin Naxçıvan küçəsində baş verib. İlkin məlumatlara görə, qonşu rayondan qonaq gələn 2013-cü il təvəllüdlü Duyğu Məmmədova su hovuzuna yıxılıb. Azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.