Mübariz Mənsimovun evdə saxladığı yırtıcı heyvanı (VİDEO)

17 İyun, 2017 21:50 | Sosial | Baxış sayı: 482

O, yırtıcı heyvana çiy ət verərək başını sığallayır

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov evdə saxladığı yırtıcı heyvanını göstərib.

İstiPress-in məlumatına görə, M.Mənsimov sosial şəbəkədə video paylaşıb. Videoda iş adamı pişiklər fəsiləsinə aid olan vaşaqı evdə bəslədiyi görünür. O, yırtıcı heyvana çiy ət verərək başını sığallayır.

Qeyd edək ki, Vaşaqın çəkisi ədatən 8 kilodan 32 kiloqrama kimi olur. Vaşaqlar əsasən dovşan, gəmiriciklər və quşları yeyir, bəzən dırnaqlı heyvanlara hücum edir. Çox vaxt gecələr ova çıxır. (Baku.ws)