Bu gün 76 636 şagird imtahan verir

17 İyun, 2017 08:53 | Sosial | Baxış sayı: 54
İmtahan zamanı
İmtahan zamanı

İmtahan Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvanda keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

Bu gün ümumilikdə 76 636 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 43781, XI sinif üzrə 32855). IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlanır.

Şagirdlər imtahana “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

Həmin gün 32855 ( Bakıda 24302 , Sumqayıtda 3206, Abşeronda 2378 , Naxçıvan Muxtar Respublikasında 2969 ) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulub.