Buraxılış imtahanlarının nəticələri açıqlandı

17 May, 2019 17:43 | Sosial | Baxış sayı: 92
İmtahan
İmtahan

Nəticələr yaxın vaxtlarda DİM-in rəsmi saytında da yerləşdiriləcək

DİM aprelin 7-də keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

İstiPress-in məlumatına görə, abituriyentlər iş nömrələrini 7727-yə göndərməklə nəticələrlə tanış ola bilərlər. Nəticələr yaxın vaxtlarda DİM-in rəsmi saytında da yerləşdiriləcək.

Qeyd edək ki, həmin tarixdə Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilmişdi.