Sabah yetərincə isti olacaq

17 May, 2018 13:06 | Sosial | Baxış sayı: 74
Günəşli hava
Günəşli hava

Temperatur 32 dərəcəyə qədər qalxacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. 

İstiPress-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 25-29,  Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi 764 civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-45 faiz təşkil edəcək. 

Abşeronun şimal çimərliklərində mayın 18-də (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək. 

Mayın 18-də hava şəraitinin Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 12-17, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. 

Mayın 18-də Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas  insanlar  üçün  əlverişlidir.