Meyiti tapılan alpinist qızın hər kəsi ağladan şeiri

17 May, 2018 15:12 | Sosial | Baxış sayı: 993
Fəridə Cəbrayılzadə
Fəridə Cəbrayılzadə

Fəridə Cəbrayılzadənin nəşi doğma kəndinə gətirilib

Dünən meyiti tapılan alpinist qız Fəridə Cəbrayılzadənin nəşi doğma kəndinə gətirilib.

İstiPress-in  məlumatına görə, Cəbrayılzadə Fəridə Zəbiyulla qızının nəşi Masallı rayonun Şərəfə kəndində torpağa tapşırılıb. 

Sosial şəbəkə iştirakçıları Fəridə Cəbrayılzadənin əziz xatirəsini yad etmək üçün göz yaşları içində onun məşhur şeirini paylaşırlar: 

Bir qızım olsun

Sahib ola bilmədiklərimi ona verə bilim, 
Ola bilmədiklərimi deyim

Bir qızım olsun 
Necə möhkəm ayaq üstdə dayanmağı öyrədim, 
Əclafların qarşısında üzülməməyi öyrədim. 
Qadın kömək istəyənin dadına çatmaq üçün yumruğunun qaldırar

Bir qızım olsun, 
Söz versin, insanlara tez inanmasın, 
Tez ürəkdən bağlanıb, qucağını açmasın, 
Alət kimi bir gecəlik olmasın, 
Eşq təcrübəsi olsun, bədəninə görə arzulanmasın
Aciz olmasın, sükut etməsin
Yüksəklərdə qanad çırparkən süqut etməsin.

Bir qızım olsun 
Dul qalsa əgər, 
Təhqir olunmağına izn verməsin. 
Başqalarının əmlakı olmadığını bilsin, 
Möminlərin bir saatlıq siğəsi olmadığını bilsin.

Bir qızım olsun, 
Ona deyim ki, səsinə cəsarət qatsın
Bilsin ki, onun saçlarından kimsəyə zərər olmaz, 
Əgər ana ola bilməsə kişilər ölməz !

Bir qızım olsun
Evli qadına rəhm edə bilsin,
Kişi icazəsi olmadan nəfəs ala bilsin,
İstəyirəm Quşları Qəfəs'siz çəkə bilsin. 
Mələk olsun istəmirəm.. səhvləri olsun, 
İstəyirəm qadın olsun.. qadın ölsün.

Budur qadınlıq!
Bir qızım olsun 
Bilsin ki, dünya onun üçün yaxşı yer olacaq,
Kimsə qadına şiddətə cəhd etməyəcək.
Kimsə onu incitməyəcək.

Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Allah rəhmət etsin!