Bu il abituriyentlər üçün təmin edilmiş ən böyük güzəşt

17 May, 2018 12:43 | Sosial | Baxış sayı: 309
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

Məleykə Abbaszadə bəzi detalları açdı

Bu il mayın 13-də II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələri ötən ilki səviyyədədir. 

İstiPress-in məlumatına görə, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu ilki qəbul imtahanın nəticələrini dəyərləndirib.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri həm də bildirib ki, qəbul planı ötən tədrisi ilə müqayisədə 2303 yer artıb: "2018/2019 tədris ilinin qəbul planına əsasən, bakalavriat səviyyəsi üzrə təxminən 45159 yer ayrılıb".

Dövlət sifarişli yerlərin sayının 1,3 % artdığını vurğulayan DİM sədrinin sözlərinə görə, 9 illik bazadan kolleclərə qəbul planı 572 yer azalıb, 11 illik bazadan kolleclərə qəbul planı isə ötən illə müqayisədə 21% artıb. 

DİM sədri bildirib ki, bu il abituriyentlərə ilk dəfə imtahan verdiyi ixtisas qrupunu dəyişmək imkanı verilib: "Yaz imtahanlarında II ixtisas qrupu üzrə imtahan verən abituriyentlər yay imtahanında III ixtisas qrup üzrə imtahan verə biləcəklər. Biz hələ bilmirik bu dəyişmələr nəticələrə necə təsir edəcək. Yalnız imtahanlar tam başa çatdıqdan sonra hansısa fikir söyləmək olar".