Azərbaycanın əfsanəvi alpinist-kəşfiyyatçısı dəfn edildi

17 May, 2018 19:22 | Sosial | Baxış sayı: 500

Namin Bünyatzadə doğulduğu kənddə torpağa verilib

Ötən gün meyiti tapılan alpinistlərdən biri Namin Bünyatzadə doğulduğu Şəmkir rayonuna aparılaraq dəfn olunub.

İstiPress-in məlumatına görə, rayonun Yeni Həyat kəndində olan baba evinə gətirilən alpinist Namin Nizami oğlu Bünyatzadənin nəşini yaxın qohumları ilə yanaşı kənd əhalisi və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Sonra mərhum Şəmkirin Çinarlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Namin Bünyadzadə
Namin Bünyadzadə

Namin Bünyatzadə 1983-cü ildə Şəmkirdə anadan olub. Əvvəllər ordumuzun Xüsusi Təyinatlı Qüvvələrində baş leytenant kimi xidmət edən Namin sonra neft platformalarında ip işləri üzrə mütəxəssis kimi fəaliyyətini davam etdirib.

Keçmiş kəşfiyyatçıdır. Üzgüçülük, güləş, qaydasız döyüş növləri ilə məşğul olub. N.Bünyatzadə İsveçrədə qış-dağ kursunu keçib. Xizək sürməkdən tutmuş, şiddətli soyuqlarda həyatda qala bilmək kimi təlimlərə qatılıb.