Bu olkədə seks böhranı yaşanır: əhalinin sayı sürətlə azalır

17 May, 2017 08:32 | Sosial | Baxış sayı: 589
Tokio
Tokio

İdarələrdə işin çoxluğu şəxsi həyata böyük zərbə vurub

Yaponiyanın əhalisi 2065-ci ildə seks çatışmazlığından 40 milyon azalacaq. İstiPress xarici mətbuata istinadən xəbər verir ki, ölkənin milli tədqiqatlar institutunun alimləri əhali və sosial müdafiə sahəsində araşdırma aparıblar.

2016-cı ildə Yaponiyada 1899-cu ildən bəri ilk dəfə milyondan aşağı uşaq dünyaya gəlib. Əgər bu tendensiya davam edərsə, 2115-ci ildə əhali 51 milyona qədər azalacaq. Tədqiqatlar göstərir ki, subay oğlan və qızların 70 faizi evliliyə qədər heç bir cinsi akta daxil olmur. İdarələrdə işin çoxluğu şəxsi həyata böyük zərbə vurub.

Hazırda Yaponiyanın əhalisi 127 milyon nəfərdir.