Elinanın özünü öldürdüyü Bakı məktəbi ilə bağlı qərar

17 Aprel, 2019 12:12 | Sosial | Baxış sayı: 744
162 saylı məktəb
162 saylı məktəb

Məqsəd fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərməkdir

Təhsil Nazirliyi 8-ci sinif şagirdi Elina Hacıyevanaın intihar etdiyi məktəbdə yeni layaihəyə başlayır. Nazirlikdən verilən məlumata görə, “Məktəblinin dostu” layihəsi Səbail rayonu 162 nömrəli tam orta məktəbdə fəaliyyətə başlayıb. Bununla da “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 35-ə çatıb.

“Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki ümumi təhsil müəssisələrində həyata keçirilir.

Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

Xatırladaq i, qeyde dilən məktəbin şagirdi E.Hacıyeva aprelin 4-də özünü təhsil ocağının 3-cü mərtəbəsindən atıb. Yeniyetmə aprelin 6-da xəstəxanada keçinib. Onun valideymlərinin sözlərinə görə, Elina məktəbdə alçaldılıb, təhqirlərə məruz qalıb. Məktəb rəhbərliyi isə bunun qarşısını almaq üçün heç bir tədbir görməyib. Bundan əlavə 14 yaşlı qız özünü atdıqdan sonra uzun müddət təcili yardıma xəbər verilməyib və onun direktorun otağında yaralı halda sorğu-sual edilməsini əks etdirən görüntülər yayaılıb. 

İntihardan sonra yaranmış narazılıq dalğası qısa müddətdə genişlənib. İctimaiyyət xadimləri ilə yanaşı, valideynlər də direktorun işdən çıxarılmasını tələb ediblər. Prezident İlham Əliyev və vitse-prezident mehriban Əliyeva da Elina Hacıyevanın işinin araşdırlması barədə tapşırıq veriblər. 

Nəticədə Hadisədən sonra təhsil naziri Ceyhun Bayramovun əmri ilə məktəb direktoru Sevinc Abbasova, müavini və psixoloq işdən çıxarılıb. Elinanın ailəsini pozğunluqda ittiham edən, susması üçün ailəyə torpaq sahəsi təklif etdiyi deyilən S.Abbasova cinayət məsuliyyətinə cəlb edilib. İstiPress-in məlumatına görə, S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur.

S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.