Azərbaycanın 50 yaşlı tələbəsi

17 Aprel, 2019 10:47 | Sosial | Baxış sayı: 68
Manat
Manat

Tələbə ölkədə ən yüksək təqaüd alanlardan biridir

Əfsəl Qazıyev Azərbaycanın ən fərqli tələbələrindəndir. İki səbəbə görə. Birincisi, o ölkənin ən yaşlı tələbəsi adını qazanan şəxslərdən biridir. İkincisi ən yüksək təqaüdü alır. 

Qazıyev Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alır. O, Filologiya fakültəsinin ikinci kurs tələbəsidir. Əfsəl Qazıyev 430 manat təqaüd alır:

* 130 manat - Əlaçı təqaüdü
* 200 manat - Rektorun əmri ilə ən yaşlı tələbə təqaüdü
* 100 manat - 6 fəndən 100 bal aldığına görə.