Azərbaycanda hamilə qadın dünyasını dəyişdi

17 Aprel, 2018 16:41 | Sosial | Baxış sayı: 228
Hamilə
Hamilə

Quba rayon regional perinatal mərkəzində 28 yaşlı hamilə Xaçmaz  sakini dünyasını dəyişib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Xaçmaz rayon Yeni Həyat kənd sakini Rəqsanə Səfərova bir neçə gün qabaq koma vəziyyətində mərkəzə gətirilib. 

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 28 yaşlı Rəqsanə Səfərova beyindaxili qan təzyiqindən əziyyət çəkib. Həkimlər bir ildir ailə həyatı qurmuş Rəqsanəyə ana olmağı qadağan edibmiş. Amma övlad görmək istəyən gənc ananın arzusu ürəyində qalıb. Koma vəziyyətində olan gənc anan bu ağır durumdan çıxarmaq mümkün olmayıb. Quba rayon mərkəzi xəstəxanasının baş həkimi Əlyar Sərvərov və digər tibbi personal gecə -gündüz xəstəni kritik vəziyyətdən çıxarmağa çalışsalar da, Rəqsanə beyninə qan sızmasından ölüb.

Əslən Xaçmazın Qaracəllili kəndindən olan Rəqsanə rayonun Yeni Həyat qəsəbəsinə gəlin köçübmüş. Mərhum du gün doğulduğu Qaracəllili kəndində dəfn olunub.

Quba rayon prokurorluğundan verilən açıqlamaya görə, rayon prokurorluğunda araşdırma başlayıb. Səhiyyə Nazirliyinin doğuşa yardım komissiyası da ana ölümünün səbəblərini araşdırır. Mərhumun uşağı isə bir neçə gün əvvəl ana bətnindən götürülüb.