Azərbaycanda qidadan zəhərlənən 162 nəfərdən 3-ü ölüb

17 Aprel, 2017 16:11 | Sosial | Baxış sayı: 80
Xəstəxana
Xəstəxana

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi açıqlama verib

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 103 qida zəhərlənməsi baş verib ki, nəticədə 162 nəfər zərər çəkib, 3 nəfər ölüb. İstiPress-in Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən əldə etdiyi məlumata görə, yanvar-mart ayları ərzində 8 botulizm hadisəsi baş verib. Nəticədə 15 nəfər zəhərlənib.

Təkcə bu ilin mart ayı ərzində 36 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 66 nəfər zərər çəkib. Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanan məhsullardan baş verib.

Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi baş verib, nəticədə 924 nəfər zəhərlənib. Ötən il 36 botulizm hadisəsi olub ki, nəticədə 55 nəfər zərər çəkib, 2 nəfər dünyasını dəyişib.