Şimal bölgəsində İlaxır qarı

17 Mart, 2020 09:53 | Sosial | Baxış sayı: 132
Qubada qar
Qubada qar

Xınalıq kəndinə 6 sm qar yağıb

İlaxır çərşənbə günü şimal bölgəsinin dağlıq ərazilərinə qar yağıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, martın 14-dən dəyişən qeyri-sabit, yağışlı hava martın 16-sı axşam saatlarından başlayaraq dağlıq ərazilərdə qara çevrilib.

Quba ərazi hidrometerolgiya müəssisəsindən aldığımız məlumata görə, Qubanın dağlıq Xınalıq kəndinə 6, Qrız kəndinə 3, Xaltan kəndinə 1 sm qar düşüb.

Qubanın Dalıqaya kəndinə isə 5 smə yaxın qar yağıb. Kənd sakini Şahin İsmixanovun sözlərinə görə, camaat ilaxır çərşənbə günü yağan qarı bolluq -bərəkət rəmzi kimi qiymətləndirir və bol məhsula işarə kimi yozulur.

Xızının Alhıağac qəsəbəsinə də 1 sm mart qarı yağıb. Hazırda zəif də olsa bəzi dağlıq ərazilərə qar yağır.

Dağlarda qar
Dağlarda qar