Rusiyada 6 uşaq koronavirusa görə xəstəxanaya yerləşdirildi

17 Mart, 2020 14:37 | Sosial | Baxış sayı: 73
Koronavirus
Koronavirus

Stasionar nəzarətdə 41 nəfər var

Rusiyanın Başqırdıstan Respublikasında altı uşaq koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

İstiPress-in məlumatına görə, “RİA Novosti” bu barədə respublikanın Səhiyyə naziri Maksim Zabelinin xəbərinə istinadən məlumat yayıb.

“Səhər saat 08:00-a olan məlumata görə, koronavirus infeksiyası şübhəsi ilə stasionar nəzarətdə 41 nəfər var, onlardan altısı uşaqdır. Həmin şəxslərin vəziyyəti stabildir, Rusiya və başqa ölkələrdən olan aparıcı mütəxəssislərin tövsiyələrinə uyğun müalicə aparılır.

Lazımi müayinələr tətbiq olunur. Respublika Gigiyena və Epidemiologiya mərkəzinin işçiləri tərəfindən götürülən analizlər laboratoriyaya göndərilib. Müşahidə və müalicə boks bölməsində aparılır”, - deyə Zabelin brifinqdə açıqlayıb.

Hələlik Başqırdıstan Respublikasında koronavirusa yoluxma halı müəyyən edilməyib.