Qazaxıstanın iki ən böyük şəhəri karantinə alınır

17 Mart, 2020 16:10 | Sosial | Baxış sayı: 105
Astana
Astana

İctimai nəqliyyatdan istifadə məhdudlaşdırılacaq

Qazaxıstanın paytaxtı Nur-Sultan ilə birlikdə Alma-Ata şəhəri koronavirus səbəbiylə karantinə alınır.

IstiPress “Tengrinews” saytına istinadən xəbər verir ki, martın 19-dan respublikanın iki ən böyük şəhərində xüsusi rejim tətbiq olunacaq.

Şəhərlərə giriş və çıxış, həm də ictimai nəqliyyatdan istifadə məhdudlaşdırılacaq. Bəzi nəqliyyat növləri tamamilə dayandırılacaq. Ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün mağazalar bağlanacaq. Restoran və kafelər yalnız çatdırılma üçün işləyəcək.

Qeyd edək ki, martın 16-dan aprelin 15-dək Qazaxıstanda koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Rəsmilərin xaricə, ezamiyyətə getməsi qadağandır, kütləvi izdiham olan yerlər, məsələn, teatr və kinoteatrlar bağlanıb və digər tədbirlər qadağandır.

Martın 15-də onunla əlaqə quran şəxslərin adını çəkməkdən imtina edən koronavirusa yoluxmuş Alma-Ata sakini cinayət məsuliyyətinə cəlb edilib.

Hopkins İnstitutundan alınan son məlumatlara görə, Qazaxıstanda cəmi 10 yoluxmuş şəxs aşkarlanıb, infeksiyadan ölən yoxdur.