Ermənistanda koronavirusa yoluxanların sayı 60-a yaxınlaşır

17 Mart, 2020 10:12 | Sosial | Baxış sayı: 32
Ermənistanda koronavirusa qarşı yoxlama
Ermənistanda koronavirusa qarşı yoxlama

Səhiyyə naziri Arsen Torosyan “Facebook” səhifəsində yazıb

Ermənistanda koronavirusa yoluxanların sayı 52 nəfər çatıb.

İstiPress “Novosti Armenii”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan “Facebook” səhifəsində yazıb.

“Daha 50 nəfərin testinin nəticəsi məlum olub. Bütövlükdə 105 test keçirilib. Onlardan 7-si müsbət nəticə verib”, - Torosyan yazıb.

Qeyd edək ki, Ermənistanda koronavirusla bağlı fövqəladə vəziyyət rejimi elan edilib.