Dünyada gün ərzində koronavirusa 14 minə yaxın nəfər yoluxub

17 Mart, 2020 11:43 | Sosial | Baxış sayı: 25
Koronavirus
Koronavirus

Onlardan yalnız 21-i Çin Xalq Respublikası ərazisində baş verib

Son 24 saat ərzində dünyada yeni növ koronavirusa 14 minə yaxın insan yoluxub, 862 nəfər dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.

Məlumata görə, dünyada son gün ərzində COVID-19 virusuna 13 903 yeni yoluxma halları aşkar edilib, onlardan yalnız 21-i Çin Xalq Respublikası ərazisində baş verib. Dünya üzrə yoluxanların ümumi sayı hazırda 167 511 nəfərə, ölənlərin sayı isə 6606-ya çatıb.

Qeyd edilir ki, virus artıq 151 ölkəyə yayılıb.