Daha 237 Azərbaycan vətəndaşı çarter reyslə ölkəyə qaytarıldı

17 Mart, 2020 09:40 | Sosial | Baxış sayı: 79
AZAL
AZAL

Saat 22:04 radələrində Bakıya eniş etdi

Azərbaycanın Milli aviadaşıyıcısı Türkiyə ilə Azərbaycan arasında hava əlaqəsinin müvəqqəti dayandırılması barədə hökumətin tapşırığına əsasən Türkiyə ərazisində qalmış Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 16-da Bakı-İstanbul-Bakı istiqaməti üzrə daha bir çarter reysi yerinə yetirib.

İstiPress-ə AZAL-dan verilən məlumata görə, saat 22:04 radələrində Bakıya enmiş həmin reys ilə 237 nəfər Azərbaycan vətəndaşı İstanbuldan vətənə qaytarılıb.

Xatırladaq ki, bundan əvvəl-martın 15-də İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı gətirilib.

Daha öncə məlumat verildiyi kimi, Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda “qaynar xətt” yaradılıb.

“Qaynar xətt”in nömrəsi: +90 537 282 67 40