Nazirlik dərsliklərlə bağlı işə başladı

17 Fevral, 2020 13:25 | Sosial | Baxış sayı: 49
Dərslik
Dərslik

İrad və təklifləri yazmaq mümkündür

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, 2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I, V və IX sinifləri üçün yeni hazırlanmış və ya təkmilləşdirilmiş dərslik və metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.

Bu məqsədlə layihələr www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib. Yaxın zamanlarda bütün layihələrin sayta yerləşdirilməsi başa çatdırılacaq.

Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş layihələrin məzmunu ilə tanış olmaq, orada xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür. İrad və təkliflər derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər.