Lökbatanda yaşayanlara müjdə - avtobuslar dəyişdi

17 Fevral, 2020 10:46 | Sosial | Baxış sayı: 44
Yeni avtobus
Yeni avtobus

Köhnə avtobuslar "İsuzu Novociti" ilə əvəz ediliblər

Bakı Nəqliyyat Agentliyi Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən avtobusları dəyişir. BNA-dan verilən məlumata görə, bu gündən 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin istismarına verilib. Yeni avtobuslar "İsuzu Novociti" markalıdırlar.

Agentliyin tələbinə əsasən, “BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini "İsuzu Novociti" markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda daha 10 ədəd eyni model avtobusların gətirilərək xəttə buraxılması nəzərdə tutulub. 

Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.