Epilepsiya xəstəsi qaz sobasında yanıb öldü - FACİƏ

17 Fevral, 2020 19:59 | Sosial | Baxış sayı: 79

Yatdığı vaxt epilepsiya tutub

Bərdə rayonunda gənc oğlan faciəli şəkildə ölüb.

İstiPress-in məlumatına görə, hadisə rayonun Kələntərli kəndində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü epilepsiya xəstəsi İsgəndərov Elməddin İsgəndər oğlu yaşadığı evdə yatdığı vaxt epilepsiya tutub. O xəstəliyin təsirindən otaqda çarpayısının yanındakı yanan qaz sobasının üstünə düşərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.