BDU-da yeni təyinat

17 Fevral, 2020 10:56 | Sosial | Baxış sayı: 54
BDU
BDU

Pərvanə İbrahimovanın yerinə təyinat oldu

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat-informasiya şöbəsinə yeni müdir təyin olunub. BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Jurnalistika fakültəsinin müəllimi Günel İsgəndər qızı Orucəliyeva BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl universitetin Mətbuat-informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova olub. O, fevralın 12-də öz ərizəsi ilə vəzifəsindən azad edilib.