Bakıda gənc qız itkin düşdü

17 Fevral, 2020 16:59 | Sosial | Baxış sayı: 63
İtkin qız
İtkin qız

Evdən çıxıb və bir daha geri qayıtmayıb

Bakıda 16 yaşlı qız itkin düşüb.

İstiPress-in məlumatına görə, hadisə fevralın 13-də paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Aysun Məmmədova yaşadığı Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 8 ünvanından çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra A.Məmmədovanın atası hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsində araşdırma aparılır.