Peyğəmbəri təhqir etdiyinə görə jurnal bağlandı - FOTO

17 Fevral, 2017 18:13 | Sosial | Baxış sayı: 163
Türkiyə
Türkiyə

Jurnal son buraxılışında Musa peyğəmbəri təhqir edib

Türkiyənin satirik jurnalı bağlanıb. İstiPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin məşhur "Qırqır" satirik jurnalının son buraxılışında Musa peyğəmbəri təhqir edən karikatura dərc olunmuşdu. Sosial mediada bu karikatura böyük səs-küyə səbəb olmuşdu.

Jurnalı nəşr edən şirkət bu gün dərginin fəaliyyətinə son qoyulması və işçilərin redaksiyadan qovulması barədə açıqlama yayıb. Açıqlamada o da qeyd olunur ki, sözügedən karikatura şirkətdən xəbərsiz son anda çapa verilib: "Bununla bağlı məhkəməyə müraciət olunacaq".

"Qırqır" satirik jurnalı
"Qırqır" satirik jurnalı