Bu avtobus da karta keçdi

17 Yanvar, 2020 14:15 | Sosial | Baxış sayı: 116
"BakıKart"
"BakıKart"

Yaxın günlərdə pulla işləyən avtobuslar da sistemə inteqrasiya edəcək

Yanvarın 17-dən 46 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir.