Bakı metrosundan yeni xətt açıqlaması - 2020-ci ilin yayında

17 Yanvar, 2020 14:54 | Sosial | Baxış sayı: 152
Bakı metrosu
Bakı metrosu

Stansiyanın ikinci yolunda işlər marta qədər yekunlaşacaq

“Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının ikinci yolu 2020-ci ilin yayında istismara veriləcək.”

İstiPress-in məlumatına görə, bunu jurnalistlərə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, artıq işlərin böyük hissəsi görülüb: "Qarşımızda tapşırıq kimi qoyulub ki, "Cəfər Cabbarlı" stansiyasının ikinci yolunda işlər marta qədər yekunlaşsın.Təxminən, yay aylarında isə ikinci xəttin istifadəyə verilməsi nəzərdə tutulub".