Azərbaycanda zəlzələ olub

16 Dekabr, 2019 09:12 | Sosial | Baxış sayı: 54
Zəlzələ
Zəlzələ

Ocağı 36 kilometr dərinlikdə yerləşib

Azərbaycanın cənub bölgəsində zəlzələ olub. 

İstiPress-in məlumatına görə, zəlzələ dekabrın 15-də yerli vaxtla saat 12:32-də Lənkəran stansıyasından 34 kilometr şimal-şərqdə Masallı ərazisində  qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ hiss olunmayıb.

Masallıdakı zəlzələ 3.4 maqnituda gücündə olub və ocağı 36 kilometr dərinlikdə yerləşib.