Sürücülərin nəzərinə - bu yola girməyin!

16 Dekabr, 2017 13:20 | Sosial | Baxış sayı: 88
Yol təmiri
Yol təmiri

Yolda rəngləmə aparılacaq

Bu gecə Bakının əsas yollarından birində məhdudiyyət olacaq. "Azəravtoyol"dan İstiPress-ə verilən məlumata görə, bu gün saat 22:00-dan səhər saatlarınadək Azadlıq prospektinin Ziya Bünyadov pr-ti ilə kəsişməsindən S.S.Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq. Məhdudiyyət aparılacaq rənglənmə işləri ilə əlaqədardır. 

Bu üzdən sürücülərdən sözügedən yolda qeyd olunmuş saatlarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.